Azərbaycanın dəmir yollarında icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 yolun salınmasına başlanılıb. İşləri 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbovun sözlərinə görə, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.