Unikal.org Türkiyə mətbuatına istinadən məşhurlar haqda bilmədiyiniz maraqlı faktları nəzərinizə çatdırır:
Murad Boz- almanı çox sevir. Hətta bu meyvəni harada, kimdə gördüyündən asılı olmayaraq, onu yeməməkdə özünü güclə saxlayır.

Sibel Can- getdiyi otellərə mütləq özü ilə hamam xalatı və dəsmal aparır. Başqalarının toxunduğu həmin əşyaları istifadə edə bilmir.

Özge Özpirinçci- evdə olan şkafların qapısı açıq qalarsa, gözünə yuxu getməz. Ona görə yatmazdan öncə mütləq bütün şkafların qapılarını yoxlayır.

Cem Yılmaz- uşaqlıqdan dırnaq yeyir, yalnız səhnəyə çıxanda bu vərdişi unuda bilir.
Monoloq göstərməzdən əvvəl mütləq bir stəkan şirinçay içməli və yatıb dincəlməlidir.

Sezen Aksu- maraqlı əl işləri var. Belə ki, yataq dəstindən libas, sırğadan üzük, ətəkdən köynək düzəlmə qabililiyyətinə malikdir.

Bergüzar Korel- şirin dadın için turş bir şey olsa, yeməz. Dənizdəki heç bir canlıdan qorxmur.

Dəniz Akkaya- dostlar və yaxın qohumlarının heç birinin doğum günlərini unutmur və onlara həmişə mavi güllər göndərir.

Gülben Ergen- ilandan çox qorxur. Hətta onun yanında bu heyvanın adı belə çəkmək mümkün deyil.

Hülya Avşar- heç vaxt liftdən istifadə etmir. Həmişə öz kosmetik məhsullarından istifadə edir.
