Əməkdar artist Naibə Allahverdiyeva fotosu ilə tamaşaçıları əməlli-başlı təəccübləndirib.
Bəzi izləyiciləri aktrisanın stressdən çəki almasını da vurğulayıb.
Unikal.org xəbər verir ki, milli.Az-a açıqlama verən aktrisa bunları bildirib:
"Bu fotonu mən tamaşa fasiləsi zamanı çəkdirmişəm. Heç bilməzdim ki, tamaşaçılar tərəfindən bu cür maraqla qarşılanacaq. Xeyr, mən artıq çəki almamışam. Bu,mənim çox sevdiyim Meri obrazıdır. Hər dəfə də bu obrazı sevə-sevə oynayıram. Ümumiyyətlə, aktrisa dəyişkən rollara hazır olmalıdır. Mən həmişə tamaşaçılarımı təəccübləndirməyi bacarıram".