"Zəhmətkeş ulduzlar verilişində maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişin növbəti buraxılışı Xızı rayonunda baş tutub.
Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına "Xala, üzün mənə elə tanış gəlir deyə müraciət edib.
Çörək bişirən qadın isə aparıcıya müğənni Nadir Qafarzadənin böyük bacısı olduğunu deyib.
Verilişdən sözügedən kadrları təqdim edirik: