Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonundan məcburi köçkün olan Ramil Mehdizadənin ailəsinin köməyə ehtiyacı var.

Belə ki, 7 yaşlı Mehdizadə Aydan Ramil qızı ağır xəstəlikdən əziyyət çəkir. Uşağın atası Mehdizadə Ramilin sözlərinə görə, övladı ilə bağlı problem bir neçə ay öncə başlayıb.

Hazırda Biləsuvar rayonunda yaşayan ailə kömək üçün Hacı Nuranın aparıcısı olduğu "Həyat verilişinə müraciət edib.

6 ay öncə qıcolmadan sonra iflic olan 7 yaşlı Aydanın anası övladının sağalması üçün imkanlı şəxslərdən kömək istəyib:

"Qızım bu cür xəstəliklə dünyaya gəlməyib. Mən onun taleyi ilə necə barışım?! Övladım 6 ay bundan öncə qəflətən baş ağrısı nəticəsində huşunu itirdi. Hələ də özümə gələ bilmirəm. Kömək istəyirik ki, övladımız tezliklə ayağa qalxsın.

Atası Mehdizadə Ramil də övladının xəstəliyi ilə bağlı müraciət edib:

"2 aylıq komadan sonra qızım nə yeriyə, nə də danışa bilir. İmkanlı şəxslərdən xahiş edirik ki, bizə köməklik göstərsinlər".

(Video: 28:30 - 33:20)