Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində bu axşam daha bir maraqlı bölüm tamaşaçıları gözləyir. Unikal.org xəbər verir ki, soyuq havada dənizdə çimən ahıl kişilərin və 70 yaşlı Rafael dayının etirafları izləyiciləri təəccübləndirəcək.

Belə ki, illər öncə ağır xəstəliyə düçar olan adam özünü öldürmək üçün dənizə üz tutub. Belinə iplə daş bağlayıb, özünü dənizə atan ağsaqqal bu dəfə ölməkdən canını qurtarmağa çalışıb. Elə hər şey bundan sonra başlayıb.