Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar adanın şimal-şərqində -Xualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.

 Zəlzələ nəticəsində otel binası uçub.

Otel Xualyan qəzasında yerləşir. Hazırda tələfat barədə məlumat yoxdur.