Böyük bədən model Eşli Qrem bu dəfə "Swimsuits For All" markası üçün kameralar qarşısına keçib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı model dərgi üçün anası 53 yaşlı Linda ilə poz verib.
Müxtəlif rəngli bikinilərdə olan modellərin çəkilişi dəniz kənarında aparılır.
Fotolardan bəzilərini Eşli İnstaqram səhifəsində paylaşıb. Şəkilləri görənlər Eşlinin köklükdə anasına bənzədiyini bildiriblər.