Aparıcı Ülvira Qarayeva ARB TV-dəki işindən ayrılıb.

Unikal.org  xəbər verir ki, bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, artıq ARB-də və "Günə son" verilişində çalışmayacaq: 

"Bütün iş yoldaşlarıma - qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma da, ilk gündən səmimi olduqlarıma da - hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadı. Sizin kimi peşəkarla işləmək böyük zövqdü, şefin həm də dost olmağı mənə qazanc oldu. Harda oluruqsa olaq, siz həmişə mənim həyatımda olacaqsız.

Kanalın şefi İsmət müəllimə əməkdaşlığa görə ayrıca dərin təşəkkürlər. Yaxşı ki, sizi tanımışam.