Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki,  V. Volodinin Azərbaycana rəsmi səfəri aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonraya planlaşdırılır. Səfərin tarixi hələ dəqiqləşdirilməyib.

V. Volodinin aprelin 8-9-da İrana səfəri nəzərdə tutulub.