"Müğənni Damla "insatagram"sız da gündəmi partladacaqmı?

Unikal.org xəbər verir ki, bunu jurnalist Şahin Cavadsoy "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "məşhurlar və internet mövzusunun müzakirəsi zamanı səsləndirib. 

Jurnalist həmçinin bildirir ki, Damla mahnılarıyla "partlayış yaratdığını düşünür: 

"Aktual mnövzulardan biri də "İnstagram mövzularıdır. Bəzi kütlənin sevdiyi müğənnilərdən biri də Damladır. Təbii ki, zövqlər müxtəlifdir...

Damladan danışmaq istəyirəm. Onun "instagram profili bağlanıb, haker hücumlarına məruz qalıb. Belə ki, onun 1 milyona yaxın izləyicisi olan səhifəsini sındırıblar. Görəsən Damla "instagramsız da gündəmi partlada biləcəkmi? Yəni ona elə gəlir ki, o partladır.

Ş.Caadsoy "İnstagram vasitəsi ilə pul qazanan şəxslərdən də danışıb:

"Bu müğənnilərin əksəriyyəti sosial şəbəkərlərdən pul qazanırlar. Çünki saç ustasına, paltara pul vermirlər. İndi dəbə düşüb hamı xərçəng yeyirlər. O müğənnilər üçün pulsuz xərçənglər gətirirlər.


Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "məşhurlar və internet mövzusu müzakirə olunub. Unikal.org xəbər verir ki, verilişdə qonaq qismində jurnalist Şahin Cavadsoy, müğənni Əbdül Xalid, gənc aktyor Ruslan Mürsəlov və müğənni Həbib Rəhimov iştirak edib.

Gənc aktyor Ruslan Mürsəlov sosial şəbəkələrdən istifadəyə münasibətinin müsbət olduğunu deyib. O, həmçinin teatrlarda baş verən qalmaqalların sosial şəbkələrə ötrülməsi ilə bağlı da danışıb:

"Hər şey internetin üzərində qurulub. Hazırda internetdə olan reklam televiziyada yoxdur.

Vaxtı ilə teatrda qalmaqal olanda heç kimin bundan xəbəri olmurdu. Bunu yalnız yaxınları bilirdi. Amma indi sosial şəbəkə vasitəsi ilə hamı bu qalmaqaldan xəbər tutur.

O, həmçinin vaxtı ilə haqqında internetdə yayılan görüntüyə də münasibət bildirib:

"Bir müddət əvvəl dava görüntüsü yayılmışdı. Dedilər mənəm, amma o mən deyildim. Həmin videoda nalayaiq ifadələr və söyüşlər işlədilmişdi. Əlbəyaxa çıxmışdılar. Dava edən həmin insanı mənə bənzətmişdilər.