Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib.
Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb və bu səbəbdən ev dustaqlığında saxlanılırdı.
Y.Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.