Rusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə "Osinnikovskaya mədənində qeydə alınıb.

Hadisə nəticəsində 1 şaxtaçı ölüb, daha biri xəsarət alıb. Uçqun zamanı mədəndə 125 nəfər olub.

Hadisə yerində operativ-əməliyyat tədbirləri davam etdirilir.