Amerikalı model Kayli Cennerin paylaşımı "Instagram" sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

Unikal.org-un "Variety"-yə istinadən verdiyi məlumata əsasən, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon "layk" toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.