Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə zəng edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki lider ilk öncə Afrin və İdlib olmaqla Suriyadakı son durumu müzakirə edib.

Ərdoğan Zeytun Budağı hərəkatı ilə bağlı həmkarına məlumat verib.

Türkiyə, Rusiya və İranın iştirakı ilə ilk dəfə Soçidə baş tutan liderlər zirvəsinin ikincisinin İstanbulda keçirilməsi qərarlaşdırılıb.