AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər.

Həmməruzəçilərin səfərinin bu ilin fevralında baş tutacağı barədə bir müddət əvvəl xəbər yayılmışdı.

Unikal.org xəbər verir ki, AŞPA-dan apa-ya bildirilib ki, həmməruzəçilərin Azərbaycana səfərinin tarixi hələlik məlum deyil: "Biz əksər hallarda seçkilərdən qısa vaxt əvvəl faktaraşdırıcı səfərlər təşkil etmirik. Xüsusilə qeyd edək ki, həmməruzəçilər seçki müşahidə missiyasına daxil edilirlər.

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bir neçə gün əvvəl özünün "Twitter səhifəsində tezliklə Azərbaycana faktaraşdırıcı səfər edəcəklərini açıqlayıb.

AŞPA-nın daxili qaydalarına əsasən, seçki müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar seçki keçirəcək hökumətin dəvətindən sonra Büro tərəfiindən verilməlidir.