"Mən oriental rəqqasə kimi tanınıram. Əvvəllər ilanla oynadığıma görə, ləqəbimi də ilan qoydum.
Unikal.org xəbər verir ki, bu sözləri "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "Ulduzlar mövzusunun müzakirəsi zamanı oriental rəqqasə Səidə İlan deyib.
O bildirib ki, sosial şəbəkələrdə adı Saida Sneqdir:
"İlanla oynadığıma görə, ləqəbimi ilan qoydum. Mən İlanı ulduz edə bilərəm, İlan məni ulduz edə bilməz. Çünki mən onunla oynayıram!
Rəqqasə həmçinin özünü Azərbaycanda "ulduz saydığını da etiraf edib:
"Bir ulduz kimi həyatda tanınmaq istəyirəm. Əlbəttə ulduzlar göydə olur. Biz özümüzə görə parıldayırıq. Əgər bizi də sevənlər varsa bu bizə bəsdir.