Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Avropa İttifaqı ölkələrində yay və qış vaxtlarına keçid rejiminin ləğv olunmasına dair qərar qəbul olunub.

Unikal.org-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, parlament üzvlərinin 384-ü layihənin lehinə, 153-ü əleyhinə səs verib, 12 deputat bitərəf qalıb.

Prosedura əsasən, qərar Avropa komissiyasında dəyərləndiriləcək. Avropa İttifaqının sammitində müsbət nəticə əldə olunacağı təqdirdə məsələ üzv ölkələrin parlamentlərində müzakirəyə çıxarılacaq.