Bir müddətdir aktyor Uğur Yücel və Dərya Alaboranın rejissor oğlu Can Yücellə eşq yaşayan aktrisa Aybükə Pusat sevgilisi ilə ilk dəfə görüntülənib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük məkanlardan birinə bərabər girərkən və çıxarkən kameralara tuş gəlib.

Bununla "Söz" serialında rol alan aktrisa tərəf müqabili ilə Tolqa Sarıtaş ilə aralarında heç bir münasibətin olmadığını sübut etmiş olub.

Qeyd edək ki, Pusatın Sarıtaşla sevgili olduğu iddia olunurdu.