Əməkdar artist Əkbər Əlizadə "Spacedə aparıcılıq etdiyi "Hər səhər verilişindən gedib.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, aktyor-aparıcı bu haqda verilişdə deyib. O, efir zamanı işdən çıxdığını elan edib:
"İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətəndə gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm".
Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.
Qeyd edək ki, Əkbər bundan əvvəl də "Spacedən getmiş, bir müddət sonra geri qayıtmışdı. Aktyor teatrda çalışmaqla yanaşı hazırda "Qız atası serialında da çəkilir.