Türkiyədə on minlərlə insan "Zeytun budağı əməliyyatı zamanı şəhid olan hərbçinin cənazə namazına toplaşıb.
Unikal.org -un baku.ws-ə istinadən məlumatına görə, 22 yaşlı əsgər Ömər Bilal Akpınar doğulduğu Karabük vilayətində son mənzilə yola salınıb.
Şəhidin cənazə namazını qılmaq üçün o qədər çox insan gəlib ki, meydanda yer qalmayıb.
Qeyd edək ki, Türkiyə Ordusu Suriyanın Afrin şəhərini terrorçulardan təmizləmək üçün əməliyyat keçirir.