Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı "yaxşı prezident hesab etdiyini bildirib.

Unikal.org-un məlumatına görə, R.Duterte bu sözləri mətbuat konfransı zamanı deyib.

O, D.Trampın öz ölkəsi üçün çox işlər gördüyünü qeyd edib: "İnandırım sizi, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir və ölkəsi üçün çox şey edir. Sadəcə onu başa düşmürlər.

Qeyd edək ki, keçmişdə R.Duterte ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında sərt fikirlər səsləndirmiş və onu "it oğlu adlandırmışdı.