Misirdə "Gawhara ləqəbi ilə fəaliyyət göstərən yeganə əcnəbi rəqqasə Yekaterina Andreyeva deportasiya olunacaq.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, səlahiyyətli qurumlar rusiyalı oriyental rəqs ifaçısını açıq-saçıq geyimlərinə görə "beynəlxalq təhlükəsizliyə təhdid ittihamı ilə ölkədən qovmaq qərarına gəliblər.
Yekaterina haqda "31 yaşlı rəqqasə standartlardan kənar geyimdən istifadə edərək gənclərin cinsi istəklərini artırmaqla məşğuldur ifadəsi işlədilib.
Lakin Andreyeva bununla heç cür razılaşmayıb. O, geyimlərinin misirli rəqqasələrin libaslarından fərqlənmədiyini bildirib.
Yekaterinanın vəkili Muhammed Salih müvəkkilinin kostyumlarının Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olduğunu və Andreyevanın Misirdə iş icazəsi olan yeganə əcnəbi rəqqas olduğunu söyləyib.