Əməkdar jurnalist Xoşqədəm Baxşəliyevavə həyat yoldaşı türkiyəli müğənni Doğuş"Seda Sayanla verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, övladları dünyaya gəldikdən sonra onları hər kəsdən gizli saxlayan cütlük əkizlərinin üzünü ilk dəfə sözügedən verilişdə göstərib.
Proqramda Doğuşun bu vaxta qədər övladlarını mediadan gizlətməsinin səbəbinin nəzərdən qorxması ilə əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, 2014-cü ildə ailə həyatı quran cütlüyün 2016-cı ildə Arda və Arın adlı əkiz övladları dünyaya gəlib.