Türkiyə ordusu bu gün Azad Suriya Ordusu ilə birlikdə Afrində 8 kəndi PYD terrorçularından azad edib.

Unikal.org SHOW TV-yə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatının 21-ci günü Türkiyə ordusu Afrinin mərkəzinə doğru inamlı əməliyyatlar keçirib:"Bu gün 8 kənd azad edilib. Bununla Afrinin qərb bölgəsindəki ərazilərdə əməliyyat xətti tamam bərpa olunmaqla yanaşı, bölgədə PYD-nin 40 mövqeyi və xeyli silah-sursatı məhv edilib".

Məlumata görə, bu gün 34 terrorçu da öldürülüb:"Bununla da 21 gün ərzində məhv edilən terrorçuların sayı 1062-yə çatıb. Axşama bu sayın daha da artacağə gözlənilir".

O da bildirilib ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar və generallar xüsusi təyyarə ilə Afrini havadan müşahidə ediblər.