Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı türkiyəli müğənni Doğuş və əkizləri ilə Seda Sayanın verilişində qonaq olublar.
Unikal.org xəbər verir ki, onlar ilk dəfə övladlarının üzünü göstərib.
Cütlük nəzərdən qorxduqları üçün bu vaxtadək övladlarının üzünü göstərmədiklərini deyiblər. X.Hidayətqızı əkizlərinin atalarına daha çox düşkün olduqlarını deyib:
"Arda və Arın mənimlə qalırlar. Amma elə ki, hava limanında Doğuşu gördülər, tez ona qaçırlar. Oğlan uşaqları atalarını çox istəyir. Mən həmişə deyirəm ki, anaya mütləq bir qız lazımdır. Ona görə daha bir qız övladı haqda düşünürəm".
Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə qurublar. Cütlüyün Arda və Arın adlı əkizləri 2016-cı ildə dünyaya gəliblər.