Məşhur aktyorun övladı xərçəngdən dünyasını dəyişib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-lı aktyor Rob Delaneyin 2016-cı ildə dünyaya gələn oğlu həyatını itirib. Aktyor övladının ölüm xəbəri barədə sosial şəbəkədə məlumat verib.
Övladını itirən Rob oğlunun özüylə birlikdə çəkilmiş fotosunu paylaşaraq bu fikirləri yazıb:
"Çox kədərli xəbərlərim var. 2016-cı ildə beyin şişi diaqnozu qoyulan 2 yaşındakı oğlum Henri vəfat etdi. Bunun öhdəsindən gəlməyə, ağılımı itirməmək çalışacam. Bizimlə keçirdiyin vaxt üçün təşəkkür edirəm gözəl Henri. Sənin üçün çox darıxırıq"