Müğənni Natavan Həbibi "Zaurla Günaydın" verilişinin qonağı olub.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Aparıcı Zaur Baxşəliyev Natavana "Yenə anangildə qalırsan" sualını ünvanlayıb. Sənətçinin "Hə" cavabını verib.
Zaur isə daha sonra "Fırlanırsan, yenə qayıdıb gedirsən anangilə. Sənin kimi qız var? Sən ürəksən" söyləyib.
Natavan isə "Mənə yaxşı psixoloq lazımdır. Elə bilirsən sevgi stresi yaşayıram. Amma burada başqa şeylər var. Danışa bilmirəm. Hər şey yaxşıdır, onları keçdim. Problemlər çox idi" sözlərini bildirib.