Məşhur aktyor Reginald Eugene Cathey 59 yaşında vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, ötən gün Nyu-Yorkda yaşadığı evdə dünyasını dəyişib.

"Kartdan evlər serialının sevilən qəhrəmanlarından olan aktyorun uzun zamandır ağciyər xərçəngi ilə mübarizə apardığı bildirilib.

1958-ci ildə Alamada anadan olan Reginald 1984-cü ildə "Bir həkimin hekayəsi serialı ilə aktyorluğa başlayıb. O, "Maska , "Amerikalı psixopat, "Fantastik dördlük kimi filmlərdə də rol alıb.