Bu il ailə qurmağa hazırlaşan aktrisaAmine Gülşenin qarşısındanişanlısı, futbolçu Mesut Özil şərt qoyub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mesut Ameniyə çəkiləcəyi serial, film və reklamlarda öpüşmə səhnələrini qadağan edib.

Müsahibələrindən birində futbolçu deyib:

"Almaniyada doğula bilərəm. Amma türk adət-ənənələri iləböyümüşəm. Nişanlım Amine də bunu yaxşı bilir".

Qeyd edək ki, Amine Gülşe sonuncu dəfə 2015-ci ildə"Show TV"də yayımlanan "Asla vazgeçmem" serialında baş rol ifaçısıTolgahan Sayışman ilə öpüşüb.