Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər.
Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.