Məşhur klarnet ifaçısı Zahid Qubadlı indiyədək subay qalmasının səbəbini dolayı yolla açıqlayıb.

Unikal.org xəbər verir ki, bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "Sizin yolunuzu övladınız davam etdirirmi? mövzusunun müzakirəsi zamanı klarnet ifaçısı Zahid Qubadlı subay olduğunu dilə gətirib. 

O bildirib ki, 40-a yaxın yaşı olmasına baxmayaraq hələ də evlənməyib: "Hələ vaxta var. Sağlıq olsun, inşallah tezliklə evlənəcəm.

Verilişin qonağı tanınmış azərbaycanlı ifaçı, Dağıstanın əməkdar artisti Bəsti Bəkirova Zahid Qubadlının evlənməməsinin səbəbini sevdiyi xanımın hələ də qarşısına çıxmaması ilə əlaqələndirib: "Yəqin sevdiyi insan qarşsına çıxmayıb. İnşallah çıxan kimi evlənəcək.

Zahid Qubadlı Bəsti Bəkirovanın fikirlərini dəstəkləyib: "Düzdür, İnşallah yaxın 2-3 ay ərzində evlənəcəm.