Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "Gündəmdə qalmaq üçün nə edirlər? mövzusu müzakirə olunub.
Unikal.org xəbər verir ki, verilişdə qonaq qismində müğənni Nadir Qafarzadə, yazıçı Fatimə Vəfa, jurnalist İlhamə Rəsulova iştirak edib.
Əməkdar artist Çingiz Əhmədov müğənni Nadir Qafarzadənin sirrini açıb.
"Biz axırıncı dəfə hərbi hissədə olandan sonra sən mənim gözümdə daha da böyüdün. Sənin haqqında bir sirr açıb mənə dedilər. Bu sirri heç kəs bilmir. Bunu mənə hərbi hissədə komandir olan şəxs dedi. Bildirdi ki, tanınmış müğənni Nadir Qafarzadə maşının "baqajını ərzaqla doldurub, bura gətirirdi. Siqaretindən tutmuş, yeməyinə, tortuna qədər. Hətta maşının salonu da ərzaqla dolu olur.
Həmçinin komandir qeyd etdi ki, bizim ölkə başçımız, nazirimiz Zakir Həsənov hərbi hissələri diqqətdə saxlayır. Əsgərlərimizə çox gözəl yeməklər verilir.
Müğənni isə bu məsələyə belə münasibət bildirib:
"Bu o demək deyil ki, onlara yaxşı baxılmır. Sadəcə mən düşünürəm ki, mənim kiçik qardaşlarım belkə evdə bişirilmiş şorqoğalı və ya başqa evdə bişmiş azuqələrdən istəyirlər. Bu mənim vətəndaşlıq borcumdur, bunu etmək mənim içimdən gəlir.