Dünya çempionatı yaxınlaşdıqca futbolçuların sağlıq durumları da ön plana çıxır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya ölkənin milli komandasının lideri Lionel Messiyə görə narahat olub. Prezident Messiyə müraciət edərək, özünü qorumağı xahiş edib:
"Ümid edirəm ki, bütün futbolçularımız mundiala hazırda hansı formadadırlarsa, eləcə də gedəcəklər. Serxio Aquero fantastik oyun nümayiş etdirir, Messi də əladır. Onunla danışmışıq, xahiş etdik ki, "Barselonada az oynasın, özünün qorusun.