Sabah Avriliqanın 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində "Kopenhagen "Atletikonu qəbul edəcək.
Unikal.org xəbər verir ki, bu oyunla bağlı İspaniyanın "Marca maraqlı başlıqla yazı paylaşıb. İspan jurnalistlər oyunla bağlı yazını "Qarabağın qurbanlarının qarşılaşması başlığı ilə təqdim edib.
Yazıda "köhlən atların "Atletikonun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağın rolu olduğu qeyd edilib.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam təmsilçisi ÇL-in pley-off mərhələsində isə "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.