Müğənni Xumar Qəmimova ARB TV-nin "Səhər-Səhər verlişində maraqlı açıqlamalar edib.
Unikal.org xəbər verir ki, sənətçi verilişdə ilk sevgilisindən danışıb.
"Mən ilk dəfə 4-cü sinifdə sevmişəm. Hər ikimiz 4-cü sinifdə oxuyurduq. Amma mən və o ayrı məktəblərdə idik. Ümumiyyətlə, mənim sevmədiyim zaman olmayıb. Mən hər zaman sevmişəm.
"Mən göyçək kişi sevə bilmərəm. Heç vaxt gözəl görünüşlü birinə kişi kimi aşiq ola bilmərəm. Mən çirkin kişi sevirəm. Baxırsan çirkindi, amma gözəldən də gözəldir. Əslində çirkin deyil, karizmatik olsun. Sonra isə cibi gəlir. İkisi bir yerdə olmalıdır.