Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında həlak olub.

Unikal.org olimpsport.az-a istinadən xəbər verir ki, Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdur.

Unikal.org-un əldə etdiyi məlumata görə, Anar Mirzəyev həmçinin biznes sektorunda da çalışırmış. O, uzun zamandan bəri "Lider-Cocola"nın prezidenti imiş.