"Mançester Yunayted heyətinə yeni futbolçu qatmaq fikrindədir. Klub "İnterin hücumçusu Mauro İkardi ilə maraqlanır. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, manukunianlar 24 yaşlı futbolçunun keçidi üçün 135 milyon funt-sterlinq (190 milyon dollar) ödəməyə hazırdı. Bu barədə məlumatı İngiltərənin "San nəşri yayıb. Xəbərdə "qırmızı şeytanların hücumçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib.

Xatırladaq ki, İkardinin "İnterlə müqavilə müddəti 2021-ci ildə başa çatacaq. Argentinalı forvard "neradzurra ilə yeni müqavilə bağlamağa istəkli deyil.

Cari mövsümdə 22 oyuna 18 qola imza atan İkardinin xidmətində "Real da maraqlıdı.