""Evdə kişinin sözü keçməlidir kimi belə bir qanunu tanımıram və hesab edirəm ki, evdə düz söz olmalıdır.
Unikal.org xəbər verir ki, bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "Evdə kimin sözü keçməlidir kişi, yoxsa qadının? mövzusunun müzakirəsi zamanı müğənni Kərim Abbasov deyib. O, bildirib ki, düz, məntiqli söz evdə əsas olmalıdır:
"Mən deməzdim kişi və qadın hüquqları evdə eynidir. İstər-istəməz kişinin sözü yenədə öndə gəlir və xanımın dediyi ifadədən bir addım irəlidədir. Amma bizim ailədə qadın-kişi ayrı seçkiliyi yoxdur. Ay kişiyəm, mən düz deməliyəm və mənim sözüm keçməlidir fikri ilə razılaşmıram. Evdə kim düzgün qərar verirsə, o düzdür. Bu kişi və yaxud qadın da ola bilər. Vəssalam.
Kərim həmçinin verilişdə qadının işləməyinin ailədə problem yarada biləcəyini də dilə gətirib: "Əgər qadın işləyib, pul gətirdisə, evdə söz-söhbətə səbəb olur. Hesab edirəm ki, qadın işləməməli və evdə oturmalıdır.
Verilişdə iştirak edən digər qonaqlar isə müğənin bu fikri ilə razılaşmayıblar. Onlar bildiriblər ki, müğənin bu açıqlaması ilk fikirləri ilə uyğun gəlmədiyini dilə gətiriblər.
Mövzunun uzandığını görən Çingiz Əhmədov müğəninin bu fikirinə belə cavab verib: "Kərim sənin həyat yoldaşıva həsr etdiyin musiqi var. Dur, mahnıvı oxu!