Uzun müddətdir reytinq siyahısında birinci olan "Diriliş Ertuğrul serialı ötən gün də qalibiyyəti əldən verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, birinciliyi yenə də ATV-də yayımlanan "Sen anlat Karadeniz serialı ələ keçirib.

İlk gündən zirvədə olan ekran işi barədə "Bir-ikigünə unudular ifadəsi işlənsə də, amma nəticələr əksini göstərir.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Cəmi 4 bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.