Ağdaş rayonunun Binələr kəndində silahlı insident baş verib.

Unikal.org teleqraf.com-a istinadən bildirir ki, kənd sakini Sadiq Şahmuradov evində tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və o, çiyin nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Ağdaş rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi götürülüb.