FİFA prezidenti Canni İnfantino dünya futbolundakı problemlərlə bağlı danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İnfantinonu narahat edən əsas məqam transfer bazarının durumudu. O, transfer bazarında 6,4 milyard dolların dövr etməsinin yaradacağı təhlükələrdən qayğılanır:
"Transfer əməliyyatlarının ümumi dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Bu da dörd və ya beş il əvvəlkindən iki dəfə çoxdu. Sistemin yaxşı işlədiyini söyləyə bilərik, çünki pul var, amma bu tendensiya narahatlıq yaradır. Ona görə də FİFA hərəkət etməlidir.
Agentlərə və vasitəçilərə verilmiş komissiyalar da böyüyür. İndi bu rəqəm 500 milyon dollara çatır. Bu, narahatlıq doğurur. Bir çox agent mənimlə razıdı və bu məsələyə nəzarət olunmasını istəyirlər.
Hər kəs istədiyini edə bilər. Amma reallıq göstərir ki, fırıldaqçılıq, korrupsiya, pulların yuyulması riski var. Bunu dövlət orqanlarının tədqiqatları da sübut edir.