Çinin "Tyantzin Tyuantizyan klubu "Barselonanın futbolçusu Andreas İnyesta ilə maraqlanır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klub futbolçuya olduqca cəlbedici təklif göndərib. Çinlilər İnyestaya illik 35 milyon avro ödəməyə hazır olduğunu bildirib.

İspaniya mətbuatının məlumatına görə, İnyesta bu təklifə biganə deyil. Futbolçu ötən ilin oktyabr ayında "Barselona ilə ömürlük müqavilə bağlayıb. Ancaq müqavilədə onun başqa kluba getməsinə icazə verən bənd də var.

"Tyantzin Tyuantizyanın baş məşqçisi "Realın və "Yuventusun sabiq futbolçusu Fabio Kannavarodu.