Türkiyənin məşhur aktrisası Neslihan Atagüllə aktyor Kadir Doğulunun boşanma xəbərləri yayılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük uzun müddətdir ki, ortaq dil tapa bilmir. Bu da onların münasibətinə ciddi təsir edib.
Bildirək ki, bir neçə həftə əvvəl Neslihanla Kadirin dalaşması mətbuatın gündəminə düşmüşdü. Cütlük sonradan heç bir problem olmadığını desə də indi ayrılıq qərarları açıqanıb.
Qeyd edək ki, Neslihanla Kadir 4 illik tanışlıqdan sonra 2016-cı ildə ailə qurublar.