"Həyat yoldaşım və ailəsi məni televiziyada görüb bəyənib.
Unikal.org xəbər verir ki, bunu "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində aşıq Zülfiyə evliyi barədə danışarkən deyib.
O bildirib ki, orta məktəbin 10-cu sinifində (16 yaş) nişanlanıb və 18 yaşında ailə həyatı qurub:
"Mən ailə həyatı quranda sənətimlə bağlı həyat yoldaşımın qarşısına heç bir şərt qoymamışdım. Yoldaşıma deməmişdim ki, bu sənəti davam etdirəcəm!. Sadəcə öz davranışım və səmimiyətimlə həyat yoldaşımın etibarlılığını qazandım. O, mənə qadağa qoymadı. 28 il keçməsinə baxmayaraq ailəmizdə heç bir problem yoxdur. Bir nəvəmiz də var.
O, həyat yoldaşı ilə ilk tanışlığından da söz açıb: "İlk dəfə 14 yaşımda efirə çıxdım. Yoldaşım, qaynatam və qaynanam məni efirdə görüb bəyəniblər. Həyat yoldaşımın Zülfiyə adından çox xoşu gəlib. O vaxt aşıq Pəri məclisi keçirilirdi. Həmin məclisdə təsadüfən həyat yoldaşım da iştirak edib. Məqsədi isə siyahıda Tovuzdan aşıq Zülfiyə adlı xanımın kimliyini görmək olub.