Dünya klublarının qış pəncərəsində transferə xərclədikləri vəsaitin məbləği açıqlanıb.

Unikal.org xəbər verir ki, qol.az-a istinadən xəbər verir ki, FİFA-nın hesabatına əsasən, komandalar heyətlərini gücləndirmək üçün ümumilikdə 3317 transferə 1,28 milyard dollar pul xərcləyiblər.

Bunun təxminən 1 milyard dollara yaxını "Böyük beşlik təmsilçiləri - İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya klublarının payına düşür. Onların qış transfer xərcləri 979,1 milyon dollar təşkil edir ki, bu da 2017-ci ilin yanvar ayı ilə müqayisədə 70,6 faiz çoxdur.

Hazırkı göstərici yay transfer pəncərəsində klubların heyətlərini gücləndirmək üçün daha çox pul xərcləyəcəklərindən xəbər verir.