"Show TVdə yayımlanan "Çukur serialında Vartolu obrazını canlandıran aktyor Erkan Kolçak Köstendilin uşaqlıq fotosu yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bursasporda qapıçı olduğu illərdə çəkilmiş şəklini paylaşan aktyorun xeyli dəyişildiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, 35 yaşlı Erkan ötən il nişanlandığı aktrisa sevgilisi Cansu Tosunla bu il ailə qurmağı planlaşdırır.