Bir müddət öncə karyerasını bitirdiyini elan edən italiyalı əfsanəvi futbolçu Andrea Pirlo vida matçı keçirəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, vida oyunu mayın 21-də "San-Siroda baş tutacaq. Oyunda toplanan bütün vəsait xeyriyyə fondlarına veriləcək. Pirlo özü də bu barədə açıqlama verib. O gələcəkdə də futbol sahəsində çalışacağını deyib:
"Sevimli işimlə məşğul olmaq üçün yaxşı fürsətdir. Oyun mayın 21-də "San-Siroda olacaq. Mən bütün ömrüm boyu futbol oynamışam. Ona görə də, hesab edirəm ki, gələcəkdə də bu sahədə çalışacam.
Ola bilsin ki, məşqçi işləyim. Ancaq bu barədə hələ qəti qərar verməmişəm. Fasilə götürməli və yaxşı-yaxşı fikirləşməliyəm.
Heç nəyə görə təəssüflənmirəm. Hesab edirəm ki, karyeramı bitirmək üçün ən uyğun zamandı. Mən xoşbəxtəm.
Qeyd edək ki, "Milanın, "Yuventusun şərəfini qorumuş Pirlonun son klubu "Nyu-York Siti olub.