İngiltərə Premyer Liqa təmsilçisi "Vest Bromviçin futbolçuları maşın oğurluğunda günahlandırılırlar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klubun 4 futbolçusu Barselonadakı təlim-məşq toplanışı zamanı taksi oğurlamaqda ittiham olunurlar. Bu barədə məlumatı Kataloniya polisi yayıb.

Məlumatda klubun 4 futbolçusunun səhər saat 4:30 radələrində, Barselonada restoranlardan birindən çıxdıqdan sonra obyektin önündə boş dayanan taksini icazəsiz götürərək, otelə qayıtdıqları qeyd edilib. Otel işçilərinin və taksi sürücüsünün polisə müraciətindən sonra futbolçular saxlanılıb. İfadə verən futbolçular daha sonra azad olunub.

"Vest Bromviçdən edilən açıqlamada məsələylə bağlı klub daxilində araşdırma başlandığı, futbolçular günahkardısa, cəzalandırılacaqları qeyd edilib.