"Ufak Tefek Cinayetler serialının baş rol ifaçıları Gökçe Bahadır ilə Mert Fıratın sevgili olduğu iddia edilir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük serial çəkilişlərində və fasilələrdə daim birlikdə vaxt keçirir. Onlar yeməklərini və istirahət vaxtlarında bir yerdə keçirirlər.

Qeyd edək ki, aktrisa sevgilisi Efe Durudan 2 ay əvvəl ayrılıb.